Modern.az

ABŞ qırıcıları Küveytdə qəzaya uğradı

ABŞ qırıcıları Küveytdə qəzaya uğradı

Dünya

2 Mart 2026, 12:43

Bir neçə ABŞ hərbi təyyarəsi bu səhər Küveytdə qəzaya uğrayıb. Buna baxmayaraq pilotların hamsı sağ qalıb.

Modern.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Küveytin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin sözçüsü bütün ekipaj üzvlərinin sağ qaldığını təsdiqləyib və hadisənin səbəbi ilə bağlı araşdırma aparıldığını vurğulayıb.

“Səlahiyyətli qurumlar dərhal axtarış-xilasetmə əməliyyatlarına başlayıb, ekipaj üzvlərini təxliyə edərək tibbi müayinə və müalicə üçün xəstəxanaya çatdırıblar”,- deyə məlumatda qeyd olunur.

Sizə yeni x var
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB