Modern.az

Almaniya İrana qarşı hərbi əməliyyatlara qoşulmayacaq

Almaniya İrana qarşı hərbi əməliyyatlara qoşulmayacaq

Dünya

2 Mart 2026, 13:16

Almaniya İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohan Vadeful bildirib.

"Almaniyanın regionda heç bir bazası yoxdur".

Nazirin sözlərinə görə, Almaniyada uyğun hərbi resurslar da yoxdur, lakin Bundesver ordusunun əsgərləri hücum olacağı halda özlərini müdafiə edə bilərlər.

“Əgər bu rejim dayandırılarsa, Almaniyada, bizim təhlükəsizliyimizi artıracaq. Bu, mənim üçün son dərəcə vacib bir məqamdır”, - deyə Yoxann Vadeful vurğulayıb.

Qeyd edək ki, Almaniya ordusunun bölmələri hazırda İordaniya və İraqda yerləşdirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB