Modern.az

Ərdoğan və Merts İrana qarşı hücumları müzakirə ediblər

Ərdoğan və Merts İrana qarşı hücumları müzakirə ediblər

Dünya

2 Mart 2026, 19:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.

Danışıq zamanı İrana qarşı həyata keçirilən hücumlar və bölgədə yaranmış son gərginlik müzakirə olunub. Ərdoğan mövcud qarşıdurmaların həm regional, həm də qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini qeyd edib.

O, bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi üçün diplomatik təmasların genişləndirilməsinin və tərəflərin yenidən dialoqa qayıtmasının vacibliyini vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı