Modern.az

İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır

İran gərginliyi: İsrail yüzlərlə həkimi geri çağırır

Dünya

Bu gün, 18:17

İsrail hakimiyyəti İranla hava müharibəsinin başlanmasından sonra xaricdə qalan həkimləri ölkəyə qaytarmaq üçün yük gəmilərindən istifadə edir.

Modern.az xəbər verir ki, İsrailin yükdaşıma şirkəti ZIM Shipping gəmilərin Kiprin Limassol limanı ilə İsrailin Hayfa limanı arasında reyslər həyata keçirdiyini bildirib.

Əməliyyat Nəqliyyat Nazirliyi, böyük xəstəxanalar və şirkət arasında koordinasiya olunur.

İndiyədək iki reyslə 40 həkim geri dönüb, həftə ərzində yüzlərlə tibb işçisinin qaytarılması planlaşdırılır. Onlar İran raketləri nəticəsində yaralananlara yardım göstərmək üçün iş başına qayıdırlar.

Rəsmilər bildiriblər ki, uçuşların dayandırılması fonunda bu üsul ən asan və effektiv variantdır. Səfər təxminən 15 saat çəkir və həkimlərin təhlükəsizliyi üçün gəmidə xüsusi şərait yaradılıb.

İsrail və ABŞ-ın İrana zərbələrindən sonra bölgədə hava məkanlarının bağlanması yüz minlərlə sərnişinin müxtəlif ölkələrdə qalmasına səbəb olub. (Reuters)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada