Modern.az

Ceyhun Bayramov fransalı həmkarı ilə danışıb

Ceyhun Bayramov fransalı həmkarı ilə danışıb

Ölkə

3 Mart 2026, 19:17

Xarici işlər naziri Ceyhun Bayramovla fransalı həmkarı Jan-Noel Baro arasında telefon danışığı baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər.

Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.

Fransalı nazir yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İrandan təxliyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada