Modern.az

Ceyhun Bayramov Moldova ilə münasibətlərdən danışdı

Ceyhun Bayramov Moldova ilə münasibətlərdən danışdı

Ölkə

Bu gün, 13:04

Azərbaycan-Moldova münasibətləri on illiklərə söykənir.

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, ölkələr arasında münasibətlərdən danışarkən, yüksək səviyyəli siyasi dialoq, liderlər arasında çox səmimi münasibətlər və görüşləri qeyd etmək olar: “Demək olar hər il görüşlər baş tutur. Lakin ikitərəfli səfərin özünün xüsusi əhəmiyyəti var. İki ölkə arasında siyasi məsləhətləşmələr formatı mövcuddur, 2026-cı ilin ikinci yarısında növbəti siyasi məsləhətləşmələr keçiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada