Modern.az

Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ

Azərbaycan Türkiyəyə raket hücumuna ETİRAZ ETDİ

Aktual

9 Mart 2026, 16:33

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyi bəyan edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyatında bildirilib.

Qeyd edilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:

"Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.

Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır"- deyə Müdafiə Nazirliyi bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı