Modern.az

Dərmandan zəhərlənən 38 yaşlı kişi öldü

Dərmandan zəhərlənən 38 yaşlı kişi öldü

Hadisə

9 Mart 2026, 18:26

Gəncədə dərmandan zəhərlənən şəxs ölüb.

Modern.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Sözügedən ərazidə yaşayan 1988-ci il təvəllüdlü M.Qasımovun yaşadığı evdən meyiti tapılıb. Məlumata görə, 38 yaşlı kişi dərmandan zəhərlənərək ölüb. Onu hansı şəraitdə dərmandan zəhərlənməsi hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada