Modern.az

Ərdoğandan İrana xəbərdarlıq!

Ərdoğandan İrana xəbərdarlıq!

Dünya

9 Mart 2026, 20:18

Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə (HHM) sistemləri də fasiləsiz fəaliyyət göstərir

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

Onun sözlərinə görə, Türkiyənin sərhədləri ordunun 60 min şəxsi heyəti tərəfindən mühafizə edilir.

"Martın 4-də İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərirsizləşdirilib. İrana bununla bağlı bütün etirazlar çatdırılıb. Amma səmimi xəbərdarlıqlarımıza rəğmən, hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda ard-arda partlayışlar - Atəşkəs pozuldu - Gündəm Masada