BMT Təhlükəsizlik Şurası İranın ərəb ölkələrinə hücumlarını dayandırmasını tələb edən qətnamə qəbul edib.
Modern.az xəbər verir ki, sənəddə ABŞ və İsrailin hərəkətlərindən bəhs edilmir və ya pislənilmir. Sənədi 13 ölkə dəstəkləyib. Rusiya və Çin bitərəf qalıb.
Qəbul edilmiş qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyadakı obyektlərə hücumları pislənir və onların dərhal dayandırılması tələb olunur.
Qətnamədə ABŞ və İsrail İrana hücumlarını dayandırmağa çağırılmır.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani sənədi tənqid edərək bildirib ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri qurbanın və təcavüzkarın rollarını və mövqelərini dəyişdirməyə çalışırlar.
Daha sonra BMT Təhlükəsizlik Şurası heç bir ölkənin adı çəkilməyən Yaxın Şərq münaqişəsi ilə bağlı Rusiyanın qətnamə layihəsini rədd edib. Layihəni 4 ölkə dəstəkləyib, 9 ölkə bitərəf qalıb.