Modern.az

Prezident nazirlikdə müavinlərin sayını ARTIRDI

Prezident nazirlikdə müavinlərin sayını ARTIRDI

Ölkə

17 Mart 2026, 16:37

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.

Modern.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, nazirin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.

Müavinləri vəzifəyə dövlət başçısı təyin edir və vəzifədən azad edir. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İran üçün müharibəyə qoşulur? - ŞOK CAVAB