ABŞ-İsrail koalisiyasının İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda ölkənin hərbi-siyasi elitasının bir çox simaları öldürülüb. Ali Lider, müdafiə naziri, Baş Qərargah rəisi, SEPAH komandanı, Ali Milli Təhlükəsizlik Şurasının katibi, "Bəsic" qüvvələrinin rəhbəri və s. şəxslər bu günə qədər öldürülənlər sırasındadır.
Müxtəlif mənbələrə görə, yeni hədəf siyahısı hazırlanıb.
Modern.az xəbər verir ki, ABŞ-İsrail koalisiyasının hədəfində olduğu iddia edilən və hazırda sağ qalan 7 əsas şəxs bunlardır:
Həsən Ruhani – İranın sabiq prezidenti, ölkənin diplomatik kursunda mühüm rol oynamış siyasətçi.
Cavad Zərif – sabiq xarici işlər naziri və hazırda prezidentin müşaviri kimi fəaliyyət göstərən diplomat.
Qulamrza Ejei – məhkəmə sisteminin rəhbəri və ölkənin hüquq-mühafizə siyasətində mühüm fiqur.
Əbülqasim Salavati – sərt qərarları ilə tanınan və çoxsaylı ölüm hökmlərinə imza atan hakim.
Əhmədrza Radan – İranın polis rəisi, daxili təhlükəsizlik strukturlarının əsas rəhbərlərindən biri.
Abbas Araqçı – hazırda İranın xarici işlər naziri və beynəlxalq danışıqlarda əsas simalardan biri.
Həsən Xomeyni – İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi və dini-siyasi dairələrdə təsirli fiqurlardan biri.
Qeyd olunur ki, adıçəkilən şəxslər İranın siyasi, hüquqi və təhlükəsizlik sistemində mühüm rol oynadıqları üçün mümkün hədəf kimi qiymətləndirilirlər.