Modern.az

İrandan İraqa qaz tədarükü tamamilə dayandırıldı

İrandan İraqa qaz tədarükü tamamilə dayandırıldı

Dünya

18 Mart 2026, 19:45

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb.

Modern.az xəbər verir ki, bu barədə İraqın Elektroenergetika Nazirliyi məlumat yayıb.

“Shafaq News” saytının məlumatına görə, İranın qaz infrastrukturuna edilən hücumdan sonra qaz tədarükünün dayandırılması İraq elektrik şəbəkəsində 3 min meqavatdan enerjinin itirilməsinə səbəb olub.

Nazirliyin sözçüsü Əhməd Musa əl-Abadinin sözlərinə görə, qaz nəqli həcmi sıfıra düşüb və bu, elektrik istehsalına ciddi zərbə vurub. Bu, elektrik sistemində pozuntulara səbəb olub və səlahiyyətli qurumlar yaranan çatışmazlığı aradan qaldırmaq üçün təcili tədbirlər görürlər.

Sizə yeni x var
Keçid et
İran 1 milyonluq qoşunla döyüşə hazırlaşır - Ölüm-dirim savaş