Modern.az

Neftçalada maşın aşdı - iki qardaş öldü

Neftçalada maşın aşdı - iki qardaş öldü

Hadisə

20 Mart 2026, 11:05

Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.

Modern.az hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.

Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır ("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı