Modern.az

Sumqayıtda tonqalda partlayış - Yaralananların vəziyyəti açıqlandı

Sumqayıtda tonqalda partlayış - Yaralananların vəziyyəti açıqlandı

Aktual

22 Mart 2026, 13:08

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır qiymətləndirilir.

"Qarının küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 2014-cü il təvəllüdlü şəxs (kişi cinsli) daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub", məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!