Modern.az

Hərbi təyyarə qəzaya uğradı, ölənlər var - YENİLƏNİB1

Hərbi təyyarə qəzaya uğradı, ölənlər var - YENİLƏNİB1

Dünya

Bu gün, 01:02

Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub.

Modern.az "El Tiempo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Putumayo əyalətinin rəhbəri Con Molina bildirib.

Onun sözlərinə görə, 15 nəfərin vəziyyəti kritikdir. Ümumilikdə qəza nəticəsində 73 nəfər xəsarət alıb.

***

23:18

Kolumbiyada qəzaya uğrayan hərbi təyyarədə bir nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Petro Qustavo açıqlama verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 77 nəfər xəsarət alıb. Digərlərinin taleyi barədə məlumat yoxdur.

***

22:57

Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə Kolumbiya Hərbi Hava Qüvvələrinin komandanı Karlos Fernando Silva Rueda X platformasında paylaşım edib. Bildirilib ki, "C-130 Hercules" təyyarəsinin göyərtəsində 125 nəfər olub, onlardan 48-i xəsarət alıb.

Təyyarədə 114 sərnişin və 11 heyət üzvü olub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı