Modern.az

Azərbaycanda çaylardan sel keçəcək

Azərbaycanda çaylardan sel keçəcək

Aktual

24 Mart 2026, 16:22

Martın 25-dən 30-u səhərədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Məlumata əsasən, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!