Modern.az

Bu ölkə Ukraynaya qaz ixracını dayandırır

Bu ölkə Ukraynaya qaz ixracını dayandırır

Dünya

25 Mart 2026, 13:58

Macarıstan Ukraynaya qaz tədarükünü dayandırmaq qərarı verib.

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban açıqlama verib.

Onun sözlərinə görə, Kiyev neft tranzitini bərpa etməyənə qədər Ukrayna Macarıstandan qaz ala bilməyəcək.

“Ukrayna neft tədarükünü bərpa etməyənədək, Macarıstandan qaz almayacaq. Biz ölkəmizin enerji təhlükəsizliyini qoruyacağıq, benzinin qorunan qiymətini və qazın aşağı tariflərini saxlayacağıq”, – deyə Orban bildirib.

Qeyd edək ki, bu qərar iki ölkə arasında enerji sahəsində münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı