Modern.az

Rasim Balayevlə vida mərasimi olacaq - I Fəxri Xiyabanda dəfn ediləcək

Rasim Balayevlə vida mərasimi olacaq - I Fəxri Xiyabanda dəfn ediləcək

Mədəniyyət

29 Mart 2026, 16:01

Xalq artisti, aktyor Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.

Modern.az xəbər verir ki, Rasim Balayevlə vida mərasiminin sabah 12.00-13.30 saatlarında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkib. Türkiyədə müalicə alan aktyor bu gün səhər İstanbulda müalicə aldığı “Memorial” klinikada vəfat edib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Rasim Balayevin cənazəsinin bu gün Bakıya göndərilməsinin planlaşdırıldığını açıqlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı