Modern.az

ASAN Xidmət Türkədə yaşayan azərbaycanlılara xidmət göstərir

ASAN Xidmət Türkədə yaşayan azərbaycanlılara xidmət göstərir

Aktual

4 Aprel 2026, 14:02

Aprelin 3-dən 5-dək ölkəmizin İstanbul şəhərindəki baş konsulluğunun binasında Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşları üçün şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin sürücülük vəsiqələrinin dəyişdirilməsi məqsədilə qəbul keçirilir.

Modern.az xəbər verir ki, səyyar “ASAN xidmət” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, habelə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub.

Vətəndaşların istifadə etmək istədiyi xidmətlər üzrə tələb olunan sənədlərin siyahısı baş konsulluğun rəsmi internet səhifəsində yerləşdirilib.

Qəbul zamanı 3 gün ərzində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə 651, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün isə 153 nəfərin qəbulu təşkil edilib.

Layihənin gələcəkdə digər xarici ölkələrdə də keçirilməsi nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!