Modern.az

Prezidentlər harda və necə istirahət edirlər? - FOTOLAR

Prezidentlər harda və necə istirahət edirlər? - FOTOLAR

Reportaj

13 İyun 2014, 21:02

Hər bir vətəndaşın istirahət hüququ olduğu kimi, dövlət başçıları da bu hüquqa malikdirlər. Əsasən ailə üzvləri ilə birlikdə istirahətə gedən liderlər qısa müddətdə xidməti vəzifələrindən, siyasətdən uzaq olsalar da, kütləvi informasiya vasitələrindən yayına bilmirlər. Bir çox dövlət başçıları əksər insanlar kimi istirahətə yay aylarında daha çox üstünlük verirlər. Bəs birincilər siyasi yorğunluqlarını harda və necə çıxarırlar?

Modern.az saytı dünya liderlərinin ötən illərdəki istirahətlərindən bəzi məqamları oxuculara təqdim edir.


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama
əsasən öz ölkəsində istirahət edir. Qısamüddətli məzuniyyəti zamanı Florida ştatına üz tutan Obama qızı ilə birgə çimərlikdə olarkən bütün siyasi gərginliklərdən kənar özünü rahat hiss edir.


Təbiətlə təmasda olmağı sevən Rusiya Federasiyasının prezidenti Vladimir Putin əsəblərini sakitləşdirmək üçün balıq tutmağa üstünlük verir. Rusiya Federasiyasının Tuva Respublikasını ovçuluq və balaqşılıq üçün ən gözəl məkan sayan Putin 2013-cü ilin iyul ayında məzuniyyətinin bir hissəsini məhz burda keçirib.


1991-ci ildən liderliyi əldən verməyən Qazaxıstan prezidenti Nursultan Nazarbayev dəniz havasından daha çox təmiz dağ havasına üstünlük verir. Prezident vaxt tapdıqca Qazaxstanın dağ-xizək kurortu olan Çimbulaqda istirahət edir. Hətta Nazarbayev rusiyalı həmkarı Putini də bu məkana dəvət edib.


Şimali Koreya lideri Kim Çen In
istirahətini öz şəxsi adasında keçirir. Xarici mətbuatın yazdığına görə gənc siyasətçiyə məxsus olan ada Havay adalarını xatırladır. Ancaq Havay adalarından fərqli olaraq bu adada yalnız Kim Çen In və onun ən yaxın ətrafı istirahət edə bilər.


Cənubi Koreyanın 11-ci prezidenti Pak Kın He
ötən il öz istirahətini Çjudao adasında keçirib. Xanım prezident öz Facebook səhifəsində qeyd edib ki, onu bu ada ilə bağlayan ailəsi ilə birgə istirahət etdiyi ötən illərin xatirələridir.


İstirahət və əyləncələrinə xüsusi diqqət yetirən fransızların lideri Fransua Olland istirahət üçün Fransadan kənara çıxmayıb. Prezident Fort de Breqansonda, dəniz sahilində istirahət etməyi qərara alıb.


Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun
prezidentliyə qədər sonuncu dəfə istirahət üçün seçdiyi məkanlar Kamboca və 1989-cu ilə qədər Birma İttifaqı kimi tanınan Myanma Birliyi Respublikası olub. Yəqin ki, Ukraynada sabitlik yarandıqdan sonra “Şokolad kralı” istirahəti üçün yeni seçimlər edəcək.


Almaniya kansleri Angela Merkel
məzuniyyət vaxtı sakit bir məkana çəkilməyi sevir və daha çox yatmağa üstünlük verir. Ötən ilin mart ayında xanım siyasətçi məzuniyyətini öz həyat yoldaşı ilə İtaliyada, Neapol əyalətinin inzibati bölgüsünə aid olan İskya adasında keçirib. Dəniz havası olmadığına görə cütlük hovuzdan istifadə etmək qərarına gəlib.


2013-cü ilin iyul ayında məzuniyyətə çıxan Böyük Britaniyanın baş naziri Devid Kemeron istirahət üçün Portuqaliyanın cənub-qərb sahillərinə üstünlük verib. Sadəliyi ilə fərqlənən britaniyalı baş nazir xanımı ilə birgə adi insanlar kimi alış-veriş də ediblər.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi