Modern.az

“Avroviziya” iştirakçısı Köçəryanın gəlini imiş - FOTOLAR

“Avroviziya” iştirakçısı Köçəryanın gəlini imiş - FOTOLAR

17 İyun 2014, 18:33


Erməni estradasının tanınmış müğənnisi, “Siruşo” adı ilə populyar olan Siranuş Arutunyan Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın gəlini imiş.

Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, müğənni Siranuş Arutunyan sabiq prezidentin kiçik oğlu Levon Köçəryanla 2009-cu il iyunun 6-da ailə həyatı qurub. Yerli oliqraxlardan birinə məxsus olan “Ocaq” restoranında baş tutan toy mərasimində prezident Serj Sərksiyan da daxil olmaqla bütün erməni siyasi elitası iştirak edib. Sosial şəbəkədəki səhifəsində Siranuş Arutunyan hamilə olduğunu elan edib və şəkillərini yerləşdirib. Onun tezliklə oğul anası olacağı gözlənilir.

Xatırladaq ki, 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilən “Avroviziya” mahnı müsabiqəsində Siruşo 4-cü yeri tutmuşdu.
















Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?