Modern.az

"Azərbaycan müəllimi" qəzetinin keçmiş şöbə müdiri vəfat etdi

"Azərbaycan müəllimi" qəzetinin keçmiş şöbə müdiri vəfat etdi

Ədəbiyyat

22 İyun 2014, 22:32

Modern.az saytının xəbərinə görə, tanınmış şair və publisist Cavad Cavadlı bu gün 88 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Cavad Cavadlı 1926-cı ildə Naxçıvan MR Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tanınmış publisist uzun illər "Azərbaycan müəllimi" qəzeti redaksiyasında çalışıb, burada Ədəbiyyat şöbəsinin müdiri işləyibr. O, repressiya olunmuş Azərbaycan ziyalıları haqqında bir sıra əsərlərin müəllifi idi.

Cavad Cavadlı uşaq ədəbiyyatının da görkəmli nümayəndəsi kimi tanınırdı.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə