Arxiv
2 Oktyabr 2009, 14:12 | MEDİA
BDU-nun jurnalistika fakültəsinin tələbələri indiki jurnalistləri bəyənmirlər

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan gənclərin həqiqətən də jurnalistlik ixtisasını sevmələri bir qədər şübhə doğurur. Çünki fakültənin tələbələri arasında keçirilən rəy sorğulaında onların bir çoxu hüquq, beynəlxalq münasibətlər, xarici dillər ixtisaslarına qəbul ola bilməyib bura düşdüklərini etiraf ediblər. Amma BDU-nun jurnalistika fakültəsində təhsil alan gənclərin heç də hamısı belə düşünmür. Onların bəziləri jurnalistika ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.   Fakültənin II kurs tələbəsi olan Hacıbəy Heydərli jurnalistika ixtisasını seçmək səbəblərini belə izah edib: “Jurnalistika insana həyatımızın hansı sahəsində olmasından asılı olmayaraq baş verənləri daha yaxından izləmək imkanı verir. Qıraqdan baxanda çox şey görünmür. Bu o demək deyil ki, gördüyüm hər şeyi deyəcəm və yaxud yazacam. Xeyr. Bu, indiki şəraitdə ən azından təhlükəlidir. Amma demək təhlükəli olsa da, görmək təhlükəli deyil. Təhsilimi başa vurduqdan sonra da bu sahədə işləməyi düşünürəm. Jurnalistikaya çox böyük həvəsim var. Artıq bir çox saytlarda, qəzetlərdə yazılarım çıxıb”. Yerli telekanallardan heç birini izləmədiyini deyən bu tələbə daha çox şou-biznesdən yazan sarı mətbuatı izləyir: “Internet portalların isə demək olar ki, hamısını gündəlik izləyirəm. Düşünmürəm ki, gələcəkdə yaxşı jurnalist olacam, hər şeyi obyektiv şəkildə insanlara çatdıracam. Buna əngəl törədən amillər içərisində bir az əvvəl dediyim səbəblərin də payı var. Bəlkə də yaxşı jurnalist olsam, pul qazana bilmərəm. Amma yaxşı jurnalist kimi işləyə bilməsəm də, hər halda bu peşədən yaxşı pul qazana bilərəm”. Müsahibim jurnalistikada çalışmaqla yaxşı pul qazanmağın yolları barədə danışmaq istəməyib.

Növbəti müsahibim türkiyəli tələbə Leyla Ünaldır. Leylanın  sözlərinə görə, jurnalistikaya marağı qardaşının bu ixtisasa daxil olması ilə başlayıb: “Orta məktəbin 5-ci sinifində ikən artıq gələcəkdə hansı peşəni seçəcəyim haqda qərar vermişdim. Jurnalistika, xüsusilə qəzet jurnalistikası çoxlarının seçmək istəmədiyi ixtisas olsa da, mənim üçün tam tərsidir. Məncə, jurnalistika müəllimlik qədər müqəddəs, həkimlik qədər incəliyi sevən, hakimlik qədər doğruluq, dəqiqlik tələb edən bir məsləkdir. Bu peşəni seçdiyim üçün heç vaxt peşman olmamışam və ümid edirəm ki, bundan sonra da olmayacağam. Gələcəkdə jurnalistika ilə bağlı nələr etmək istədiyimə gəlincə isə onu demək istərdim ki, öz ölkəmdə qəzet, radio, ya da televiziyanın xarici xəbərlər xidmətində işləmək arzusundayam. Bununla həm dünyanı gəzmək, həm də insanların yaşam tərzlərini görüb, təhlil edib yazmaq fikrindəyəm. Daha çox təcrübə qazandıqdan sonra isə müxtəlif, fərqli mədəniyyətlərə malik olan insanların həyat hekayələrini kitab halında çap etdirmək istəyirəm. Jurnalistikada ən böyük prinsipim hansı şərtlərlə işləməkdən asılı olmayaraq obyektiv olmaqdır. Bunu da qeyd etmək istərdim ki, jurnalistika pul və ya mövqe, vəzifə sahibi olmaq üçün seçiləcək bir peşə deyil. Jurnalist olmaq yalnız idealist insanların işidir”. 

Aygün Əliyeva adlı tələbə jurnalistikanı sırf maraqlı sahə hesab edərək seçib: “Hələ oxumağı tam öyrənmədiyim vaxtlarda belə, güzgü qarşısında dayanıb xəbərləri qəzetdən hecalaya-hecalaya oxuyardım. Eşitdiyim hər yeni informasiya məndə yeni ideyalar, fikirlər yaradırdı. Təhsilimi başa vurduqdan sonra isə bu ideyaları həyata keçirmək niyyətindəyəm. Həmişə mənə əlçatmaz gələn jurnalistikada səviyyəsiz jurnalistləri görəndə çox əsəbiləşirəm və düşünürəm ki, mən və qrup yoldaşlarım bu sahədə kifayət qədər biliklər toplayacağıq və əsl jurnalistin necə olacağını onlara göstərəcəyik”.

Bu ixtisası yalnız insanları maarifləndirmək üçün seçdiyini deyən Əfzələddin Ağalarov bildirib ki, hər sahədə olduğu kimi, jurnalistikada maddiyat məsələsi onun üçün önəmlidir: “Amma yalnız maddi tərəfi fikirləşən jurnalist heç vaxt obyektiv ola bilməz. Təbii ki, öncə şərait söz demeyə və eyni zamanda operativ informasiya çatdırmağa uyğun olmalıdır. Istənilən halda insanlara düzgün informasiyanın çatdırılması prioritet təşkil etməlidir. Amma bir çox jurnalistlərin daha çox öz maraqlarını güdmələri ictimaiyyətin müstəqil mətbuata olan inamına güclü təsir edir. Unutmaq lazım deyil ki, xalq ona vəd verən insanları yox, həmin vədi yerinə yetirənləri daha çox sevir. Hər halda ümüd etmək lazımdır”.  

Kəmalə TOFİQQIZI

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pilotlar tətili dayandırdı 19 Sentyabr 2019, 00:49 Bakıda "preparator"  gəncin kürəyini deşdi 19 Sentyabr 2019, 00:28 Azərbaycanda xanım müğənni qəzada öldü 19 Sentyabr 2019, 00:14 Metroda polis güllələndi 18 Sentyabr 2019, 23:58 Azərbaycan nefti ucuzlaşdı 18 Sentyabr 2019, 23:43 Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04