Modern.az

Əbdürrəhman Vəzirov nəvəsindən danışdı: “Xəlil də mənim yolumla gedəcək” - FOTOLAR

Əbdürrəhman Vəzirov nəvəsindən danışdı: “Xəlil də mənim yolumla gedəcək” - FOTOLAR

10 İyul 2014, 14:52

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi (1988-1990), SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri və Hindistanda (Kəlkəttə – 1976-79) konsulu olmuş Əbürrəhman Vəzirov öz nəvəsi Xəlil Vəzirov barədə danışıb. Modern.az saytının xəbərinə görə, keçmiş birinci katib öz atasının şərəfinə Xəlil adını verdiyi nəvəsinin də onun yolu ilə gedəcəyini və gələcəkdə doplomatiya sahəsində çalışacağını bildirib.

Xəlil Vəzirov Əbdürrəhman Vəzirovun oğul nəvəsidir.

“Nəvəm Xəlil 2009-cu ildə Moskva Beynəlxalq Münasibətlər Universitetinin politologiya fakültəsini bitirib. Daha sonra isə universitetin magistraturasında “Xarici regionşünaslıq” ixtisası üzrə təhsil alıb”, – deyən Əbdürrəhman Vəzirov 3 nəvəsi arasında xüsusən, Xəlillə fəxr etdiyini əlavə edib. 

Modern.az-a məlum olub ki, ingilis, fransız və rus dillərində sərbəst danışan nəvə Xəlil Vəzirov hazırda Rusiya PR və ictimaiyyətlə əlaqələr bazarında aparıcı şirkət olan “KROS” şirkətinin KİV-lərlə iş üzrə şöbəsinin meneceri, Rusiya dövlət agentliyi olan “İTAR-TASS”ın müxbiri və bir sıra beynəlxalq konfransların təşkilatçısı kimi fəaliyyət göstərir.



Bu barədə 30 yaşını iyunu 26-da qeyd etmiş Xəlil Vəzirovun özü mətbuata açıqlamsında bildirib: “Mən hazırda beynəlxalq PR sahəsində çalışıram. Kommunikasiya bir alət kimi bizim işimizdə uğur qazanmağın əsas komponenti olduğu üçün, daim müxtəlif insanlarla ünsiyyət saxlayıram. Mənim işlərimin standart dairəsi işgüzar danışıqların aparılması, mətbuat turlarının, tədbirlərin təşkil edilməsi və biznes stukturlarla, mətbuatla əlaqə qurmaqdan ibarətdir. Çoxlu xarici dostlarım olduğu üçün işdə əsasən ingilis dilindən istifadə edirəm. Amma müəyyən zamanlarda fransızca da danışıram”-deyə Xəlil Eldar oğlu Vəzirov öz işi barədə məlumat verib.

Qeyd edək ki, uzun illər Lidiya Konstantinovna Vəzirova ilə evli olan Əbürrəhmnan Vəzirov 2013-cü ildə həyat yoldaşını itirib.



1990-cı il 20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə Azərbaycanda vəzifəsini tərk edərək Moskvaya gedib. 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.
Bu il mayın 26-da 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi) Əbdürrəhman Vəzirovun 84 yaşı tamam olub. O, hazırda Moskvada yaşayır, sağlıq durumu qaydasındadır.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır