Modern.az

Dilqəm, Şahbaz və Həsən - Kəlbəcərə getmiş kişilər...

Dilqəm, Şahbaz və Həsən - Kəlbəcərə getmiş kişilər...

Reportaj

16 İyul 2014, 12:21

Bütün Azərbaycan onlardan danışır... Dilqəm, Şahbaz və Həsən... Doğma torpaqları ziyarət etməyə gedən və buna görə düşmən gülləsinə tuş gələn, girov götürülən üç qorxubilməz azərbaycanlı...
İllərdir dədə-baba torpağına həsrət qalan, öz kəndinə, dağıdılmış yurd yerinə gedib baxmaq istəyən, o yerlərin havasını udmağı arzulayan minlərlə qaçqın-köçkün var Azərbaycanda... Amma düşmən nəzarətində olan doğma yerlərə getmək cəsarət, şir ürəyi tələb edir. Bu isə hər adamda yoxdur.

Onlar bunu etdilər... Dilqəm, Şahbaz və Həsən... Qorxmadan, çəkinmədən, ölümü, girov düşməyi göz altına alaraq, getdilər...

İki kəlbəcərlidən – Dilqəm və Şahbazdan fərqli olaraq, Həsən ilk dəfəydi bu yola çıxırdı... Onu tanıyanlar deyir ki, Həsən bilirdi onu nə gözləyir, amma “gedəcəm” deyirmiş...

Həsən Həsənovun ölüb-qaldısından dəqiq xəbər yoxdur. Ermənilər “onu öldürdük” deyirlər, amma meyitinin şəklini yaymırlar, yaya bilmirlər. Mübariz İbrahimovun meyitinin şəklini isə yaymışdılar...

Cəbrayıl rayonunun Mehdili kəndinin sakini Həsən Həsənovu tanıyan dost-tanışları onun   vətənpərvər, cəsur insan olduğunu deyirlər. “Ölməli oğlan deyildi” söyləyirlər. İndi Həsənin ailəsi, azyaşlı qızı özünə yer tapa bilmir...

Dilqəm, Şahbaz və Həsən... Sonuncunu da yaddan çıxartmayaq... Kimin nə deməsindən asılı olmayaraq, onlar atəşkəs dövrünün qəhrəmanlarıdır... Ramil Səfərov, Mübariz İbrahimov, Fərid Əhmədov kimi...

Modern.az saytı Həsənin qızı ilə çəkdirdiyi şəkilləri təqdim edir.



Əfqan Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır