Modern.az

Çıxıb getmə - Leyla Əliyeva

Çıxıb getmə - Leyla Əliyeva

27 İyul 2014, 12:55

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Çıxıb getmə” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Не уходи)

Çıxıb getmə, dayan bir,
Rica edirəm səndən.
Tənhalıq çox çətindir,
Yalqız qoyma məni sən.
Bir az da yanımda qal
Təkliyimə kölgə sal...

Dəbdəbəli sözlərin
Mənə təsəlli olmaz...
Çün nəfəsin yalandır
Sarmaz, yaramı sarmaz.
Dostlarla düşmən oldum–
Bilirsən nəyə görə? -
Tək sənə yaxın olub,
Dost olmağın xətrinə.

Mənim kimi mələyi... 
                                gəl,
               dəyişmə yamana...
Məndən aldığın zövqü,
Heç kəs verməz dünyada...
Soruş, niyə həyata
Asi oldum bu qədər? –
Sənə deyim, həyatdan
Zövq almayır insanlar
Sanki öləziyiblər...

Lənət yağdırıram mən
Dörd yanımı sarıb da,
“Mərhəmətli”, “rəğbətli”,
Görünən üzsüzlərə...
Qondarma və yalançı
qafillər sürüsünə...
 “Biz hamıdan üstünük” –
deyib öyünə bilən
axmaq hiyləgərlərə...

Məni onlara satma –
Əsla, layiq deyillər..!
Həyatımı verərəm
Yadlara, özgələrə.
Amma ki, bölüşmərəm
Taleyimi səninlə.

Özgələrə bənzəmə, -
Ruhu qullar bir heçdir..!
Həyata boyun əyən
Yolsuzluğu seçibdir...

Harda olursansa ol,
Heç vaxt məni unutma.
İşdi... unutsan belə,
Sonradan anıb yanma..
Darıxıb, qüssələnib,
Taleyinə acıma...

Təsadüfi görüşə
Bəhanə axtarmıram.
Ürəyimə əlavə
Qəm-qüssə artırmıram.
Qiymətli hər nə varsa,
Onu qorumaq çətin;
İtirməksə bir anlıq
Su içməkdir elə bil...

Çıxıb getmə, nə olar,
Yalqız  qoyma sən məni. –
Qaranlığın çölündə
İşığa həsrətlini...
...“Əlvida” söyləməyə
Heç macal da tapmadım.
Yerin göründü həmən,
Elə o an anladım...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir