Modern.az

Yazıçılar Birliyi üzvlərinin dəqiq sayı müəyyənləşir - ÖZƏL

Yazıçılar Birliyi üzvlərinin dəqiq sayı müəyyənləşir - ÖZƏL

Ədəbiyyat

30 İyul 2014, 10:11

Azərbaycan Yazıçılar Birliyindən Modern.az-a verilən məlumata görə, ədəbi qurumun vəsiqə verilən üzvlərinin sayı 650 nəfərdir. Katibliyin əlavə olaraq verdiyi informasiyada bildirilir ki, qurultaydan əvvəl birliyin üzvlərinə yeni vəsiqələrin təqdim olunması üçün köhnələri təhvil vermələri elan olunub.

Yeni formatda olan vəsiqə isə 650 nəfərə təqdim olunub.

Xatırladaq ki, bu il 80 illik yubileyini qeyd edən AYB-nin axırıncı – XII qurultayında 400-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, AYB üzvlərinə köhnə vəsiqələrin təhvili üçün müraciət edib. 

 

Elmin Nuri


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə