Modern.az

Gürcüstan, Qara Dəniz, Kabuleti, Batumi... ucuz istirahət – Reportaj

Gürcüstan, Qara Dəniz, Kabuleti, Batumi... ucuz istirahət – Reportaj

30 İyul 2014, 15:46

Burada Qara dəniz həm türk bayrağına, həm də gürcü bayrağına baxıb çırpınırdı...

 

Kabuleti Gürcüstanın Açara Muxtar Respublikası ərazisində, Qara dəniz sahilində yerləşir. . Bura dənizi ilə turistləri cəlb edir. Qara dənizin dalğaları hırçınlı çırpınır. Yaxşı üzə bilməyən insanlara dalğalar problem yaradır. Amma maraqlısı odur ki, dənizdə qarpız qabıqlarını görə bilmədik. Həmçinin dənizin ətrafı hasara alınmış, özəlləşdirilmiş deyil. Dəniz burada hər kəsə məxsusdur. Xeyir, bu o demək deyil burada qarpız və qarğıdalı satılmır, dənizin qırağında hər dəqiqə qablarda qarğıdalı satılır. Sadəcə təmizliyə riayət edirlər. 

Diqqət çəkən bir məqam isə burada velosiped sürən insanlara yaradılan şəraitdir. Səkilərin kənarında velosipedlərin hərəkət etməsi üçün piyada yolundan başqa, velosiped keçidləri var.

Bu bölgələrdə (Kabuleti, Batumi)  bahalı və bərbəzəkli villalara, otellərə nadir hallarda rast gəlirsiz. Hər şey sadə və rahatdır. Qiymətlər də insanı həvəsdən salmır. Kabuletidə dənizin olması hər şeyə rəng qatır. Burada 5 ulduzlu hotellərə ehtiyac yoxdur. Ailənizlə 500-600 lariyə ( 250-300 manata) bir neçə gün rahat dincələ bilərsiniz.

Gürcü xaçapurisi isə turistlərin daha çox diqqətini çəkir. Gündəlik yeməklərdə ən çox bu yemək yeyilir. Yeməkləri isə pivəsiz və “Borjomi” sularsız təsəvvür etmək olmur. Deyəsən gürcülərin xəngəl, xaçapuri və pivəsindən başqa tanınan yeməyi yoxdur...

Bu ölkədə siz yolun bir üzündə daha müasir tikiliyə, digər üzündə isə köhnə binalara rast gələrsiniz. Burda şərt o deyil ki, hər şey mərmərdən və bahalı olsun. Burdakı insanlara öz rahatlıqları daha vacibdir.

Gürcüstanda ermənilər çoxdur. Demək olar ki, Kabuletidə sayları gürcülərlə bərabərdir. Onlar yerli xalqla qaynayıb-qarışıb və çox yaxın münasibətləri var. Bu bölgədə restoranların çoxu onlara məxsusdur. Maraqlısı odur ki, restoranlarda Azərbaycan musiqisi çalınanda onlar da oynayır. Deməli burada düşmənçilik və ayrı-seçkilik etmirlər. Yəqin bu da onların “ağıllı siyasətləri”nin bir parçasıdır.

Digər bir məqam isə gürcülərin rus dilini bilə-bilə turistlərlə çox vaxt öz dillərində danışmalarıdır. Hətta burada türk və Azərbaycan dillərində rahat danışa bilən gürcünü də tapa bilərsiz. Amma onlar öz dillərində danışmağı üstün tuturlar.

Turistlərə satılan aksessuarlar və paltarlar müqayisə etibariylə sərfəlidir. Turizm mərkəzi olsa da, o qədər də bahalı deyil. 2 lariyə ilə  siz yaxınlarınızı hədiyyə ilə sevindirə bilərsiniz. Satılan əşyaların çoxunda isə təbillik, əl işləmələri var.  Yolların kənarında yalnız əl işləmələrini görə bilərsiniz.

Batumi isə kanatı və “Əli və Nino” əfsanəsi ilə diqqəti cəlb edir. Həmçinin dənizi və şəhərin içindəki gölü... Şəhərin delfinariyası və balaca gölü də şəhərə başqa rəng qatır.

Tiflis isə qədimi tikililəri ilə zəngindir. Şəhərə gözəllik qatıb fərqli edən isə içərisindən çayın keçməsidir.

Tiflis və eləcə də digər bölgələr - Batumi və Kabuletini maraqlı və fərqli edən elə təbii olmalarıdır. Sanki bu bölgələrə əl toxunulmayıb. Ağacları kəsilməyib və suları qurudulmayıb. Hər addım başı gölə, suya rast gəlmək olur.

Batumidən yarım saatlıq məsafədə şəlaləyə gedən yol isə yaşılıq və çayla zəngindir.

Tiflisdə yaşayan gürcülərin üz tutduqları istirahət məkanı da Kabuleti və Batumidir.  Burada digər ölklərdən çox elə gürcülərin özləridir. Kabuleti və Batumi gecələri isə bir başqa həyatın olduğunu göstərir.  İnsanlar səhər dənizdə, gecə isə restoranlarda və klublarda əylənirlər.

Yayda internet klubların qapalı yox, açıq havada olması maraqlıdır. Azərbaycan da bu təcrübədən yararlansa, istifadəçilər üçün rahat olar.

Gürcüstan yaşamaq üçün sərfəli və rahat ölkədir. Balaca ölkə olsa da, burada  tam bir azadlıq var. Heç kim heç nədən asılı deyil. Və itirmək qorxusu yoxdur. Onlar bilirlər ki, hər şey onlara məxsusdur. Gürcü xalqı yad millətdən çox özləri ilə mehribandırlar və milli-mənəvi dəyərlərini üstün tuturlar. Məcbur qalmadıqları halda xarici dildə danışmırlar.

Gürcüstanda azərbaycanlılara diqqət xüsusidir. Azərbaycan tarixinə və dahi şəxsiyyətlərinə maraq və qayğı var. 

Bu ölkədə mağazaların, restoranların adlarını da nadir hallarda  xarici dildə rast gəlmək olar.  Əksər hallarda gürcü dilindədir.

Kabuletiyə gələrkən hər an yağış yaxacağını nəzərdə tutmalısız. Yoxsa havanın mülayim vaxtı leysana tutula bilərsiz. Amma bu cəmi 15-20 dəqiqə çəkir. Sonra isə dənizə girmək olur.  

Burada maldarlıqla məşğul olanlar var. Amma siz küçədə inəklərə rast gələ bilmərsiz. Onlar üçün xüsusi sahələr ayrılıb. Bu da bölgənin təmizliyini daha da artırır. Səhər duranda xoruz səsi də eşidə bilərsiz, amma səsin harda gəlməsi üçün bir az axtarmalı olacaqsız...

Gürcü insanları sərbəstdirlər. Burada insanlar üçün qısa və açıq geyinmək adi haldır. Gürcü qızlarını cəlbedici edən isə onların qısa, açıq geyimdə olmaları və makiyajsız gəzmələridir.

 

 

Məltəm Talıbzadə

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi