Modern.az

Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni ofisindən fotosessiya

Dağlıq Qarabağın azərbaycanlı icmasının yeni ofisindən fotosessiya

Reportaj

13 İyul 2010, 16:29

Bir neçə gün öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi üçün tikilən yeni qərargahın açılışı oldu. Hazırda yeni qərargahda Dağlıq Qarabağın azərbaycanlı icması və Şuşa Rayon İcra Hakimiyyəti fəaliyyət göstərir.
Modern.az-ın əməkdaşı “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni ofisində olaraq oradan fotosessiya hazırlayıb.
Qeyd etmək lazımdır ki, bu qərargahda icmanın fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dördmərtəbəli binada icma işçiləri üçün iş otaqları informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və digər müşavirə otaqları da var. Qərargahdan bildirdilər ki, tezliklər icmanın “Garabakh-az.com” ünvanlı saytı da fəaliyyət göstərəcək.

 

 

 

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!