Modern.az

Əsir götürülən erməni diversantdan ilginc etiraflar - FOTOLAR

Əsir götürülən erməni diversantdan ilginc etiraflar - FOTOLAR

Reportaj

7 Avqust 2014, 21:21

Xəbər verdiyimiz kimi, Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-də Tovuz rayonu ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərən erməni kəşfiyyat-diversiya qrupunun zərəsizləşdiriliyini bəyan edib. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.
Modern.az xəbər verir ki, son məlumata görə, Karen Petrosyan Şəmkir hərbi birləşməsinə aparılıb. Burada keçirilən sorğu zamanı erməni kəşfiyyatçı etiraf edib ki, onların məqsədi ordumuzun mövqelərinin arxasına keçərək təxribat və insan təlafatı törətmək olub.

Zərərsizləşdirilən erməni kəşfiyyatçısının üzərindən çıxan mobil telefonda bir sıra şəkillər aşkar olunub. Şəkillərdə erməni kəşfiyyatçılarına təlim keçilən bazanın görüntüləri və ordakı hərbi texnika əks olunub.

Sorğu-sual zamanı Karen Petrosyan törətdikləri əməldən çox peşman olduğunu və Azərbaycan xalqından, eləcə də ölkəmizin prezidentindən üzr istədiyini bildirib, Ermənistana qaytarılmasını xahiş edib.


















A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?