Arxiv
13 Avqust 2014, 10:47 | MÜSAHİBƏ
“Kəpəz” TV-nin baş direktoru: “Bir nömrəli problem kadr azlığıdır” - MÜSAHİBƏ


Modern.az
saytının “Gözdən iraq media” rubrikasında Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” TV haqqında qurumun baş direktoru Fuad Cabbarov danışır:

– “Kəpəz” Müstəqil Teleradio Şirkəti 21 illik fəaliyyəti (1993) dövrünün son 6 ilində daha çox nailiyyət əldə edib. İstər verilişlərin hazırlanması, istərsə də kadr potensialının, peşəkarlığının artırılması baxımından televiziya  böyük  inkişaf yolu keçib. Əgər əvvəllər “Kəpəz” TV-nin əhatə dairəsi yalnız Gəncə şəhəri ilə kifayətlənirdisə, kanalımız bu gün respublikanın Qərb bölgəsində tam yayımlanır.

Bir milyondan çox izləyici kütləsinə malik olan “Kəpəz” televiziyası 2014-cü ilin may ayından etibarən 24 saatlıq yayım sistemindədir. Bundan əvvəl  televiziya kanalımızın yayım vaxtı 18 saatlıq davam edirdi. 2008-ci ilə kimi televiziyada 25 -30 nəfər işçi var idisə, indi bu rəqəm 200 nəfəri ötüb.

Sizə bir misal çəkim, nəzərə alsaq ki, bir layihənin hazırlanmasında əvvəllər  bir-iki  nəfər çalışırdısa, bu, həmin proqramın keyfiyyətinə də öz mənfi təsirini göstərirdi. İndi isə bir layihə kollektiv əməyin nəticəsi olaraq meydana çıxır. Bu da verilişin daha keyfiyyətli olması deməkdir.  4 iyun 2009-cu il tarixindən televiziyanın www.kepeztv.az saytı fəaliyyət göstərir ki, bununla da, dünyanın hər yerindən kanalımızı izləmək mümkündür.  Ən böyük uğurumuzu  televiziyamızın yeni binaya köçməsi hesab edirik. 2012-ci ilin sentyabr ayında regionda ən böyük televiziya binası istifadəyə verildi və həmin tarixdən etibarən “Kəpəz ” televiziyası yeni bir ilkə imza atmış oldu. Bundan əlavə, regionun ilk radiosu “Kəpəz FM” də 5 fevral 2013-cü ildən dinləyicilərin ixtiyarına verilib. 93.3 FM dalğasında yayımlanan radionu www.kepezfm.az saytından da dinləmək olar. Əminliklə qeyd edə bilərəm ki, Kəpəz FM regionda ən populyar radiodur.

Hazırda şirkətdə 9 departament - Xəbərlər, Xüsusi Layihələr, Proqram, Maliyyə, İT, Texniki, Dublyaj, Təsərrüfat və Nəqliyyat, PR və Marketinq departamentləri fəaliyyət göstərir.

– İnformasiya sahəsində üstünlük verdiyiniz dəyərlər hansılardır?

– Müasir tamaşaçı televiziyadan operativ olaraq ən düzgün xəbərləri almaq istəyir. Xüsusən də  regionda baş verən hadisələr onları daha çox maraqlandırır. Bölgəmizin iqtisadi, mədəni, elmi inkişafı, baş verən ən son hadisələr barədə məlumat əldə etmək və maariflənmək insanlarımız üçün vacibdir. Biz onların nə istədiyini çox yaxşı bilirik.

- Bölgə televiziyası yaranan gündən bu vaxta qədər hansı problemlər sizi izləyib?

– Demək olar ki, bölgə televiziyalarındakı bir nömrəli problem kadr potensialının azlığıdır. Təbii ki, söhbət işə yararlı, ixtisaslı kadrlardan gedir. Lakin sevindirici haldır ki, biz  dəyişikliklərə doğru irəlilədiyimiz bu illər ərzində istəyimizə nail olmağı bacardıq. Təxminən 6 il əvvələ qayıtmaq istəyirəm. 15 il fəaliyyət göstərən televiziyada heç bir xanım işləmək istəmirdi. Görünür həmin dövrdə “televiziya” anlayışı hər kəsə başqa cür tanış idi, ya da bunu işin çətinliyi ilə də əlaqələndirmək olar. Həmin vaxt telekanala işçi cəlb etmək üçün  çox əziyyət çəkdik. Cəlb olunanlar da qeyri-peşəkar olduğundan onları hazırlamaq xeyli vaxtımızı aldı. Bunun üçün xarici ölkələrdən peşəkar jurnalistləri dəvət etdik, kurslar təşkil olundu və s. Sevinirik ki, bu gün artıq paytaxt kanallarından işləmək üçün məhz “Kəpəz ” televiziyasına üz tuturlar.

Bundan əlavə texniki baxımdan da çox çətinliklərimiz oldu. İlk müstəqil regional televiziya kiçik bir evdə fəaliyyət göstərirdi. Və orada olan köhnə, yararsız avadanlıqlar işimizi əngəlləyən əsas səbəblərdən idi. Lakin hazırda “Kəpəz ” televiziyası ən müasir televiziya avadanlıqları ilə təchiz olunub və alman istehsalı olan Cinergy texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malikdir.



- Onda belə çıxır ki, “mükəmməl televiziya” anlayışını reallaşdırmağı bacarıbsınız...

– Yox, belə deməzdim. İş olan yerdə inkişaf da olmalıdır, problem də. Bizdə texniki cəhətdən, düz deyirsiniz, hər şey mükəmməldir. Ancaq televiziyanın irəliləməsi üçün əsas şərtlərdən biri texnikadırsa, digəri və ən vacibi yaradıcı heyətdir. Televiziyada yaradıcı insanlara daim ehtiyac duyulur. Düzdür, Bakıdan bura işləmək üçün kifayət qədər müraciət edənlər var, lakin biz  yerli kadrlara üstünlük veririk. Onların marağı olsa da, yaradıcılıq potensialı bizi qane etmir. Zamanla ayaqlaşmaq lazımdır, kreativlik önəmlidir. Və təəssüflə qeyd etmək olar ki, belə gənclər regionlarda kifayət qədər deyil.

- “Yaradıcı gənc ” deyərkən nəyi nəzərdə tutursunuz?

– Televiziya yerində saymaq istəyənlərin yeri deyil.  Axı indi həyatın özü də gənclərdən dinamika, yaradıcılıq tələb edir. Televiziya cəmiyyətin güzgüsüdür. Onların hazırladığı bütün layihələr birbaşa insanların şüuruna, dünyagörüşünə təsir edir. Əgər işləyən gəncin özü “standartlara ” cavab vermirsə, o cəmiyyətə nəyi təlqin edə bilər?! Ona görə də telekanalımızda yalnız regiondan və paytaxtdan cəlb olunmuş istedadlı gənclər çalışır.  İstedad sərhəd tanımadığından biz bütün bacarıqlı gəncləri daim sıralarımıza qəbul etməyə hazırıq.

- Bir televiziya üçün “kadr çatışmazlığı” nə deməkdir?

– Televiziya dəyişir, inkişaf edir. Və o özü də yeniliyi sevən məkandır. Burada hər kəs öz bacarığı səviyyəsində işləyir. Əgər işçi “tükənirsə”, artıq o televiziyadan özü uzaqlaşmağa başlayır. Ona görə də  “kadr çatışmazlığı” problemi televiziyaların əksəriyyətində mövcuddur.

- Regionda auditoriyanın marağını hansı üsullarla qazana bilirsiniz?

– Tamaşaçı televiziyada nəyə baxmaq istəyir? Əlbəttə ki, yaşından asılı olaraq maarifləndirici, əyləndirici verilişlərə və xəbərlərə. “Kəpəz ”in də əsas missiyası sadalanan bu amilləri özündə cəmləşdirməkdir. Kiçikdən böyüyə hər kəsin yaş və marağını çəkəcək layihələrimiz var: “Dostlar ”- maarifləndirici, əyləncəli, uşaqlar üçün proqram, “Bu səhər”- informasiya kanalı, “Tac Şou”(qadınlar üçün), “Piyada”, “Duyğulu könüllər”- əyləncəli verilişlər, “Kulinar”- qadınlar üçün mətbəx proqramı, “Zirvə” bilik yarışı, regionun informasiya mənbəyi “Kəpəz Xəbər” və s.

- Proqram siyasətində hansı yöndə verilişlərə üstünlük verilir? – xəbər-informasiya, maarifləndirici və ya əyləncə?

- Televiziyamız öz proqram siyasətini tamaşaçı auditoriyasına uyğun təşkil edir. Əsasən bütün yaş qrupunu və maraq dairəsini əhatə edən verilişlər hazırlanır. Təbii ki, ən düzgün və operativ xəbərləri də qərb regionundan ölkəyə birinci çatdırmağı vəzifə borcumuz hesab edirik. 

- Regiona daxil olan başqa rayon və şəhərlərdə ayrı bürolarınız fəaliyyət göstərirmi? 

- Azərbaycanın bölgələrində 6 telekanal fəaliyyət göstərir. Onlar daim bir-biri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq 10 may 2014-cü ildə “Vətən burdan başlayır ” devizi altında yaradılan “Region TV” ilə daha da yaxınlaşdı. RegionTV-ni Avropa seqmentində (11135H, 27500, 5/6 tezliyində), kabel televiziyalarında, Bakı şəhəri və Abşeron yarımadasında isə 37-ci TV yayım kanalı ilə, həmçinin internet vasitəsilə izləmək mümkündür. Yeri gəlmişkən, yeni telekanalın yayım və proqram mərkəzi Kəpəz TV-nin bazasında yaradılıb. Artıq “ Kəpəz ” Müstəqil Teleradio Şirkəti hər bir şəraiti ilə Region TV-yə “ ev sahibliyi” edir. Belə ki, regional kanallarda və Bakı studiyasında hazırlanan verilişlər, eyni zamanda regional kanalların canlı efir siqnalları Kəpəz televiziyasından yayımlanan Region TV-yə ötürülür, hazır videoməhsullar buradan təsdiq olunan proqrama uyğun vahid efir siqnalı formalaşdırır. Mərkəz olaraq bütün layihələrin hazırlanmasına xüsusi diqqət yetirilir və Azərbaycan tamaşaçısına zövqlü və dəyərli məhsul təqdim edilir. Bir sözlə, əgər biz əvvəllər yalnız bölgə izləyiciləri üçün verilişlər hazırlayırdıqsa, indi paytaxt sakinlərini də nəzərə alırıq.

Televiziyanın harada fəaliyyət göstərməyindən asılı olmayaraq əsas məqsədi cəmiyyətə xidmət göstərməklə onların inamını qazanmaqdır. Regionlarda TV kanalların inkişafı, ümumilikdə Azərbaycan teleməkanının inkişafıdır.

Elmin Nuri
Ulduz İbrahimova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünya əhalisi 11 milyarda çatır 18 İyun 2019, 20:19 MSK sədri 3060 manat əmək haqqı alacaq 18 İyun 2019, 20:03 Prezident hərbçilərin aylıq pul təminatını artırdı - YENİLƏNİB 18 İyun 2019, 19:49 Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır 18 İyun 2019, 19:38 Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları 20 faiz qaldırıldı 18 İyun 2019, 19:35 Minimum aylıq əməkhaqqı artırıldı - 250 manat 18 İyun 2019, 19:31 “Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçirildi 18 İyun 2019, 19:21 Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü 18 İyun 2019, 19:18 Mahmud Məmməd-Quliyev: Azərbaycan Avropa ilə Mərkəzi Asiyanı bir araya gətirməyə çalışır 18 İyun 2019, 19:10 Deputat: “Ermənilər Paşinyanın yaxasından tutub, yalanlarının hesabını tələb edəcək” 18 İyun 2019, 19:01 Vasif Talıbov Səfərbərlik Xidmətinə rəis təyin etdi 18 İyun 2019, 18:47 Nazir Sahil Babayev Beynəlxalq Əmək Konfransda çıxış edib 18 İyun 2019, 18:38 Ekologiya naziri Yaponiya rəsmisi ilə müzakirə apardı 18 İyun 2019, 18:23 İcra başçısı şikayətləri dinlədi 18 İyun 2019, 18:20 Qərbi Kaspi Universitetində “STEM plyus” bilik olimpiadası keçirilib 18 İyun 2019, 18:17 Buraxılış imtahanının II mərhələsinin NƏTİCƏLƏRİ açıqlandı 18 İyun 2019, 18:05 “Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB 18 İyun 2019, 18:00 “Azərsu” rəsmiləri vətəndaşların problemlərini dinlədi   18 İyun 2019, 17:57 Merkeli titrəmə tutdu - VİDEO 18 İyun 2019, 17:55 “İşğal edilmiş ərazilərimizdə Ermənistanın keçirdiyi təlimlər tam nəzarətimiz altındadır” - VİDEO 18 İyun 2019, 17:45 Rövşən Rzayev vətəndaşları qəbul edib 18 İyun 2019, 17:23 Azərbaycandan 128 kiloqramdan çox narkotik keçirmək istədi... 18 İyun 2019, 17:22 Manat və dolların məzənnəsi   18 İyun 2019, 17:16 Türkiyədə şair-publisist Tofiq Abdin haqqında kitab çıxdı 18 İyun 2019, 17:05 Media nümayəndələri Kooperasiya Universitetində imtahanları izlədi 18 İyun 2019, 17:01 Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb   18 İyun 2019, 16:58 Yadlar arasında özgə olmaqdansa... 18 İyun 2019, 16:51 “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu 18 İyun 2019, 16:51 Rəşad Məcid: “Salam Sarvan indi vodkanın əsiridir” 18 İyun 2019, 16:49 Koçaryanın tərəfdarları və etirazçılar arasında Yerevanda toqquşmalar baş verdi 18 İyun 2019, 16:47 Müdafiə Nazirliyindən 26 iyunla bağlı AÇIQLAMA 18 İyun 2019, 16:33 Ermənistanda keçmiş qubernatora qarşı cinayət işi açıldı 18 İyun 2019, 16:28 Dövlət əmlakları özəlləşdirildi 18 İyun 2019, 16:15 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü 18 İyun 2019, 16:03 4-5 danışan deputat var, ancaq onlar söyülür - Gülünc olmayaq... 18 İyun 2019, 16:01