Arxiv
6 Oktyabr 2009, 17:19 | ÖLKƏ
Gültəkin Hacıbəyli: ““Surroqat ana” tərəfdarları getsinlər Türkiyə təcrübəsini öyrənsinlər”

Milli Məclisin üzvü Gültəkin Hacıbəyli Modern.az-a açıqlamasında bir müddət öncə mübahisəyə səbəb olan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” Qanun layihəsinin qəbulunu vacib sayıb.

“Reproduktiv sağlamlıq ilk növbədə ananın sağlamlığıdır, gələcək nəslin sağlamlığı deməkdir. Bununla yanaşı, reproduktiv sağlamlığın qorunması əslində sağlam millətin formalaşmasına xidmət edən bir amildir”. G.Hacıbəyli deyib ki, bu yaxınlarda bir qrup deputatla Türkiyədə reproduktiv sağlamlıq sahəsində vəziyyətlə tanış olub. Onun fikrincə, Azərbaycan bu sahədə  Türkiyədən nümunə götürə bilər: “Türkiyədə hamiləlik dövründə qadınların həkim məsləhətxanalarına müraciəti, onların həkim müayinələrindən keçməsi çox önəmlidir. Bu, gələcək nəslin sağlamlığı baxımından əhəmiyyət daşıyır. Türkiyədə də hər bir qadını bu prosesə cəlb etmək üçün mexanizm var. Orada maddi cəhətdən imkanı olmayan qadın maddi problemlərini bəhanə edib bu müayinədən yayınmır. Çünki onun müayinədən keçməsi üçün yol, nəqliyyat xərcini (adambaşına 15 dollar olmaqla) dövlət özü ödəyir. Yəni, istənilən bölgədə yaşayan qadın öz bölgəsindəki həkimlərə müraciət edir və onun yol xərclərini dövlət qarşılayır. Belə olduqda da, sözsüz ki, Türkiyədə ana ölümünün, o cümlədən uşaq ölümünün səviyyəsi çox aşağı olur və aşağıdır. Bununla bərabər, Türkiyədə vaxtından əvvəl doğulan uşaqların yaşama faizi həddən artıq yüksəkdir”.

G.Hacıbəyli deyib ki, Azərbaycanda da bu nailiyyətlərin əldə ediləcəyinə inanır. Deputatın sözlərinə görə, reproduktiv yaşda olan qadınların ən çox əziyyət çəkdiyi xəstəliklər arasında süd vəzisinin xərçəngi birinci yerdə gəlir və onunla mübarizə bütün dünyanın əsas problemidir: “Oktyabr ayı dünyada süd vəzisinin xərçəngi ilə mübarizə ayı adlandırılıb. Bu yöndə maariflənmə işləri aparılır, qadınların müayinəyə cəlb olunması istiqamətində işlər görülür”.

Türkiyəyə səfər zamanı deputatlar Milli Məclisdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” Qanunun müzakirəsi zamanı etirazla qarşılanmış, “surroqat ana” və “donor bankının yaradılması” ilə bağlı məsələləri də araşdırıblar. “Bu maddələrin tərəfdarları olan insanlar Türkiyədəki vəziyyəti, Türkiyənin qanunvericiliyini öyrənsələr, mənə elə gəlir ki, onların əksəriyyəti öz fikirlərindən daşınarlar. Türkiyədə bu maddələrin hər ikisi, yəni, bu yöndə münasibətlər qadağan olunub. Sözsüz ki, Türkiyədə hər bir insanın valideyn olmaq şansı, imkanı qanunvericilik səviyyəsində tanınır, təsbit olunur, ancaq bunun özü də müəyyən bir qanun, çərçivə şəklində olmalıdır. Hətta Türkiyə qanunvericiliyində əsil-nəcabətin qorunması barədə bir maddə də var. Yəni, bu, insanların öz soy-kökünə, nəcabətinə bağlılığını qorumağı özündə ehtiva edən bir maddədir. Həmin maddənin pozulmasına görə kifayət qədər ciddi sanksiya tətbiq edilir. “Surroqat ana” birmənalı olaraq Türkiyədə mövcud qanunvericiliklə yasaqlanır. Ümumiyyətlə, ana bətnindən kənarda analıqdan söhbət gedə bilməz. Mən də belə hesab edirəm ki, bu ədalətli bir münasibətdir. O ki qaldı donor bankın yaranması məsələsi, bu məsələyə Türkiyə qanunvericiliyi müəyyən dərəcədə icazə verir. Ancaq, bu, yalnız bizim qanunun müzakirəsi zamanı ortaya çıxardığımız məqamlarla bağlı deyil. İnsanlar xəstələnə bilər, onların səhhətində problem ola bilər. Bu səbəbdən də onlar gələcəkdə öz nəsillərini artıqmaq məqsədilə donor bankından istifadə etmək məcburiyyətində qalırlar. Ancaq kiminsə başqalarının övladlarını dünyaya gətirməsi üçün donorluğu birmənalı olaraq Türkiyədə qadağandır. İnsan yalnız öz övladını dünyaya gətirə bilər, insan yalnız öz övladının atası və anası ola bilər, surroqat analıq və yaxud başqa şəxslərə donorluq vasitəsilə övladların dünyaya gətirilməsi Türkiyə qanunvericiliyinə görə nəinki yasaqdır, hətta buna görə kifayət qədər ciddi qadağalar mövcuddur. Düşünürəm ki, biz “bir millət - iki dövlət” prinsipindən çıxış ediriksə, o zaman qardaş Türkiyənin bu məsələyə yanaşması da çox ədalətli və Azərbaycan üçün bu yöndə ən məqbul bir yanaşmadır”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray”  doğma meydanda məğlub oldu - YENİLƏNİB 23 Oktyabr 2019, 00:57 Əsəddən Ərdoğanla Putin razılaşmasına dəstək gəldi 23 Oktyabr 2019, 00:45 AMEA-nın 85 yaşlı prezidenti istefa verdi - Rəyasət Heyətinin iclası çağırıldı 23 Oktyabr 2019, 00:39 Hacıqabulda qadın yük maşınının altında qaldı 23 Oktyabr 2019, 00:27 Gəncədə 17 yaşlı gənc qətlə yetirildi 23 Oktyabr 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 22 Oktyabr 2019, 23:51 Parlament "Brexit" haqqında yeni qanun qəbul etdi 22 Oktyabr 2019, 23:38 NATO Türkiyəyə qarşı çıxmayacaq 22 Oktyabr 2019, 22:57 Rusiya televiziyası İlham Əliyevin tələbə biletini nümayiş etdirdi - FOTO 22 Oktyabr 2019, 22:34 "Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb"  - ŞƏRH 22 Oktyabr 2019, 22:19 Ərdoğanla Putin bu məsələlərdə razılaşdı - VİDEO 22 Oktyabr 2019, 21:59 "Qarabağ" - APOEL matçına 25 min bilet satılıb 22 Oktyabr 2019, 21:41 Qarabağ əlilləri, veteranları və şəhid ailələrindən Prezidentə DƏSTƏK 22 Oktyabr 2019, 21:33 “Mövqeyimizi ortaya qoymalıyıq” – Eldar İbrahimovdan  həmkarlarına və YAP-çılara çağırış 22 Oktyabr 2019, 21:18 Müdirlərə qadın katibə rəsmən qadağan olundu 22 Oktyabr 2019, 21:01 Bələdiyyə sədri həbs edildi 22 Oktyabr 2019, 20:44 Prezidentdən Baş Nazirin yeni müavininə TAPŞIRIQ: “İnhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır” 22 Oktyabr 2019, 20:28 ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur”  22 Oktyabr 2019, 20:16 Milli Park ərazisində ceyran ovlayanlar saxlanıldı 22 Oktyabr 2019, 20:01 Erməni terror təşkilatlarının 49 ildə qətlə yetirdikləri türk diplomatlar - SİYAHI 22 Oktyabr 2019, 19:44 60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında 22 Oktyabr 2019, 19:33 Əlahiddə Ümumqoşun Orduda yoxlama aparıldı 22 Oktyabr 2019, 19:06 Fermerlər Şurasına yeni üzvlər qəbul olundu 22 Oktyabr 2019, 18:57 Rusiya və Belarus İttifaq Dövlətinin İctimai Palatasının üzvündən İlham Əliyevə MƏKTUB   22 Oktyabr 2019, 18:49 “Kəllə qənd”ə mənşəyi bəlli olmayan maddə vururdular - REYD 22 Oktyabr 2019, 18:40 Tbilisidə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” ilə bağlı müzakirə aparıldı 22 Oktyabr 2019, 18:27 Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: Təhlilin NƏTİCƏLƏRİ 22 Oktyabr 2019, 18:19 Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib 22 Oktyabr 2019, 18:11 Qənirə Paşayevadan ÇAĞIRIŞ 22 Oktyabr 2019, 18:00 Qoşulmama Hərəkatı ölkələrin gənc liderlərinin Bakı Forumu başladı 22 Oktyabr 2019, 17:52 Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı nədir? - VİDEO 22 Oktyabr 2019, 17:42 Dövlət Xidmətinin 5 regional idarəsi yaradıldı 22 Oktyabr 2019, 17:38 Sabahın məzənnəsi açıqlandı... 22 Oktyabr 2019, 17:35 Rövşən Rzayev 40-dan çox vətəndaşı dinlədi 22 Oktyabr 2019, 17:20 3 və 4 yaşlı uşaqlar məktəbəqədər təhsilə cəlb edilir 22 Oktyabr 2019, 17:20