Modern.az

“Bakı bələdiyyələrinin ərazi probleminə görə Torpaq və Xəritəçəkmə Komitəsi məsuliyyət daşıyır”

“Bakı bələdiyyələrinin ərazi probleminə görə Torpaq və Xəritəçəkmə Komitəsi məsuliyyət daşıyır”

Parlament

17 Dekabr 2014, 14:13

Bakı şəhəri üzrə bələdiyyələrin ərazisinin müəyyənləşdirilməsi məsələsi hələ də həllini tapmayıb. Bəs problem nə vaxta qədər davam edəcək?

Bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Modern.az saytına açıqlama verib. O, bildirib ki, problemin həlli istiqamətində əsas məsuliyyət Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin üzərinə düşür:

“Bələdiyyələrin sərhədləri ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi xəritə hazırlamalıdır. Bu məsələ isə çox mürəkkəbdir”.

Komitə sədri bildirib ki, xəritələr hazır olandan sonra problem öz həllini tapacaq:

“Milli Məclisdə isə məsələnin müzakirəyə çıxarılması hələ ki gözlənilmir. Çünki əsas problem icra məsələsidir”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat