Modern.az

Prezident Oqtay Əsədova “Şərəf” ordenini təqdim edib

Prezident Oqtay Əsədova “Şərəf” ordenini təqdim edib

Parlament

30 Dekabr 2014, 12:26

Milli Məclisin deputatları spiker Oqtay Əsədovu yubileyi münasibəti ilə təbrik ediblər.

Modern.az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deputatlar və öz adından Oqtay Əsədova təbriklərini çatdırıb.

Oqtay Əsədov isə bu təbrikə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bir neçə saat öncə prezident İlham Əliyevin qəbulunda olub və “Şərəf” ordeni ona təqdim edilib:

“Mən prezidentin qəbulunda olanda İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə deputatları təbrik etdi”.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat