Modern.az

Amerika Bin Ladeninin kürəkəninin əmlakına əl qoydu

Amerika Bin Ladeninin kürəkəninin əmlakına əl qoydu

25 Avqust 2010, 09:55

Amerika “Əl-Qaida” lideri Üsamə bin Ladeninin kürəkəni Məhəmməd Abdullah Həsən Əbül Hairiyə məxsus mülkiyyətə həbs qoyub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amerirka vətəndaşlarına Səudiyyə Ərəbistanı vətəndaşı 35 yaşlı Hairi ilə  biznes əlaqələrinin qurulması da qadağan olunub. Amerika tərəfin açıqlamasında ölkə əleyhinə terror hücumlarının təşkil edilməsi məqsədilə yüz minlərlə dolları  transfer etməkdə suçlu bilinən Hairin adının hazırda Səudiyyə Ərəbistanı hakimiyyət orqanları tərəfindən axtarılan 85 nəfərdən ibarət siyahıda olduğu qeyd olunur.

Hairi 90-cı illərin ortalarından terrorçu təşkilatın üzvüdür. O eyni zamanda Bin Ladenin də mühafizə xidmətinin təşkilini öz üzərinə götürüb.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər