Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bəzi qəzetlərin layihəsini geri qaytarıb

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bəzi qəzetlərin layihəsini geri qaytarıb

Media

26 Avqust 2010, 12:24

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı avqustun 2-də elan etdiyi müsabiqəyə ərizə qəbulu dünən başa çatdı. KİV-in İnkşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Modern.az-a açıqlamasında layihələrin sayı barədə məlumat verib.

V.Səfərli deyib ki, Fonda cəmi 41 layihə təqdim olunub. Bu layihələrin 20-si mətbuat orqanlarından, 21-i isə jurnalist təşkilatları və informasiya agentliklərinindən daxil olub.

İcraçı direktorun sözlərinə görə, hər buraxılışının satışı 500 tirajdan aşağı olan qəzetlərin layihələri geri qaytarılıb.

“Biz musabiqə elan elədiyimiz zaman bildirmişdik ki, müsabiqə elan olunan günədək son 1 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən və tirajı 1500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlərin layihələri qəbul olunacaq. Amma layihə təqdim edən bəzi qəzetlərin hər buraxılışının satışı 500 nüsxəni aşmadığına görə, musabiqənin şərtlərinə müvafiq olaraq onların layihələr geri qaytarılıb”.

V.Səfərli layihələri geri qaytarılan qəzetlərin adlarını və sayı açıqlamaq istəməyib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Fondun layihələrini geri qaytardığı qəzetlər arasında gündəlik nəşr olunan mətbu orqanlar da var. Məlumata görə, həmin gündəlik nəşrlər Fonda hər buraxılışdan 500 nüsxəsinin satılması barədə sənəd təqdim edə bilməyib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir