Modern.az

Dünyaca məşhur azərbaycanlı xanımlar - FOTOLAR

Dünyaca məşhur azərbaycanlı xanımlar - FOTOLAR

Reportaj

14 Fevral 2015, 15:44

Dünyanın müxtəlif ölkələrində uğurlu idman və musiqi karyerası quran azərbaycanlı xanımlar az deyil. Modern.az saytı xarici ölkələrdə uğur və məşhurluq qazanmış bəzi belə azərbaycanlı xanımlar haqqında bilgiləri təqdim edir.


Tamilla Abbasova -
Rusiyanın tanınmış velosipedçisi. O, 1982-ci il dekabrın 9-da Moskvada anadan olub. Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısıdır. Dəfələrlə Avropa çempionu olan Abbasova Rusiyanın əməkdar idman ustasıdır. Azərbaycanlı idmançı dini inanc baxımından baptistdir.


Ə
zizə Mustafazadə - tanınmış caz ifaçısı. 1969-cu il dekabrın 19-da Bakıda andan olub. Onun atası Vaqif Mustafazadə də SSRİ-nin tanınmış cazmenlərindən olub. ABŞ və Avropada bir neçə beynəlxaql festivalların qalibi olan Əzizə 1991-ci ildən bəri 10 caz albomuna müəlliflik edib. Hazırda Almaniyada yaşayır.


Nəsrin Cavadzadə
- Türkiyə kinematoqrafiyasının tanınmış aktisası. 1982-ci il iyulun 30-da Bakıda  anadan olub. Uşaq yaşlarında ailəsi ilə İstanbula köçüb. 2011-ci ildə “Quzu” filmində ifa etdiyi Mədinə roluna görə 51-ci “Qızıl portağal2 festivalında “ən yaxşı qadın aktrisa” mükafatını qazanıb. Onun iştirakı ilə ekranlara çıxan sonuncu film “Son məktub” adlanır.


Bahar Kian Əfşar
 - İranda yaşayan azərbaycanlı teatr və kino aktrisasıdır. Daha çox 2012-ci ildə çəkilən “Günahkarlar” filmindəki Asiman obrazı ilə tanınır.


Nigar Talıbova
-  Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model və musiqiçidir. 1975-ci ildə Bakıda andan olub. Türkiyədə modellik etməklə yanaşı, “Adrenalin” qrupunun da üzvüdür.


Leyla İsmayılova
- Belarusda tanınmış jurnalist və müğənnidir. O, 2011 və 2012-ci illərdə Belarusu “Avroviziya” müsabiqəsində təmsil etməyə çox yaxın olub. Eyni vaxtda “Belarus-1” telekanalında aparıclıq edir.


Ququş
– İranın məşhur azərbaycanlı müğənnisi və aktrisası. 1950-ci il mayın 5-də Tehranda andan olub. Əsl adı Faiqə Atəşin olan müğənni professional sənətə başladıqdan sonrta Ququş adı ilə məşhurlaşıb. Hazırda ABŞ-da yaşayır.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!