Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Səbail rayonunda yerləşən Dövlət Bayrağı Meydanında partlayıcı qurğunun aşkarlanması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti orqanlar məlumatlandırılıb.
Hadisə yerinə baxış keçirilərkən aşkarlanmış şübhəli əşyanın 2 ədəd istifadəyə yararlı fişəng atımı olduğu müəyyən edilib. Əraziyə xilasedicilər tərəfindən təkrar baxış keçirilib və digər şübhəli əşyanın olmadığı müəyyən edilib. Xilasedicilər aşkarlanmış 2 ədəd fişəng atımını aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər. Əməliyyat dünın saat 17:43-də başa çatıb.
Modern.az