Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qəbələ şəhəri, Vəndam qəsəbəsində ağacın qəfildən qırılaraq avtomobil yolunu kəsməsi nəticəsində 1 "Mercedes", 1 "Ford", 1 "İnfiniti" və 2 "VAZ" markalı minik avtomobilləri toqquşub. Nəticədə, həmin avtomobillər deformasiyaya uğrayıb, xəsarət alan olmayıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə həmin ağacı avtomobil yolundan götürüb, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Modern.az