Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Konstitusiya layihəsinə əlavə və dəyişikliklərlə bağlı referendum ərəfəsində ölkənin bölgələrində elektoratla görüşlərini davam etdirir. Modern.az türk mətbutına istinadən xəbər verir ki, referendumda xalqın “əvət” səsini əldə etmək üçün Ərdoğan bu dəfə Ağrı vilyətində görüşlər keçirib.
Ağrıda keçirdiyi mitinqdə Ərdoğan “şəhidlərimizin bir damla qanını 550 millət vəkilinə dəyişmərəm. Yetər ki gənclər ölməsin, analar ağlamasın. Birlik və bütünlüyümüz pozulmasın”deyib. Terror məsələsinə toxunan Ərdoğan qeyd edib ki, “biz istəyirik ki, seçkilərdən bütün Ağrı, bütün Türkiyə qazansın”. Müxalifətdə olan BDP və CXP partiyalarını kəskin tənqid edən Ərdoğan qeyd edib ki, ölkədə nifaq toxumu salmaq istəyənlərin qazanmasını istəmir. O adı çəkilən partiyalara üz tutaraq onları xalqı referendumda öz iradəsini açıq şəkildə söylməsinə mane olmamağa çağırıb. Referenduma qarşı çıxan partiyaların adlarını tək-tək sadalayan Ərdoğan CXP və MHP-ni referenduma “yox” deyən müxtəlif çətələrin vəkilləri adlandırıb.
Modern.az