Modern.az

Həmsədrlər sentyabrın 9-da İrəvanda olacaq

Həmsədrlər sentyabrın 9-da İrəvanda olacaq

Təhsil

4 Sentyabr 2010, 17:55

ATƏT-in Minsk qrupu həmsədrləri sentyabrın 9-da İrəvanda olacaqlar. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki,  həmsədrlər Robert Bradke (ABŞ), Bernar Fasiye (Fransa), İqor Popovun (Rusiya) regiona növbəti gəlişi barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Ermənistan XİN mətbuat katibi Tiqran Balayanın sözlərinə görə, həmsədrlər regiona səfər çərçivəsində cəbhə xəttindəki gərginliyi müzakirə edəcəklər. Tiqran Balayan qeyd edib ki, vasitəçilər ilk olaraq Bakıda olacaq, daha sonra Xankəndinə baş çəkəcək, yalnız bundan sonra İrəvana gələcəklər.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə