Modern.az

Erməni mətbuatı: “Rusiya Azərbaycan və Ermənistanı yeni müharibəyə hazırlayır”

Erməni mətbuatı: “Rusiya Azərbaycan və Ermənistanı yeni müharibəyə hazırlayır”

Təhsil

4 Sentyabr 2010, 17:59

Erməni mətbuatı yazır ki, Rusiya Azərbaycan və Ermənistanı yeni müharibəyə hazırlayır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda dərc olunan “Çorrord İnknişxantun” qəzeti belə bir qənaətə gəlib ki, Rusiya və digər ölkələr Qarabağ münaqişəsini birdəfəlik həll etmək istəyirlər. “Bir halda ki, münaqişəni danışıqlar yolu ilə həll etmək mümkün deyil, onda əlac lokal hərbi müharibə metodlarından istfadəyə qalır”.

Qəzet yazır ki, Rusiya Ermənitanla yeni hərbi saziş imzalamaqla və Azərbaycana  S-300  raket zenit-kompleksləri  satmaqla tərəfləri müharibəyə hazırlayır.

Qəzet qeyd edir ki, fövqəl dövlətlər bir qayda olaraq, lokal müharibələrin aparlımasına o qədər də etiraz etmir, bir şərtlə ki, bu əməliyyətlar nəzarətdən çıxmasın və böyuk regional müharibəyə böyüməsin. Bu isə ciddi hazırlıq işləri tələb edir.
“Əgər 2 ay əvvəl Azərbaycan Qarabağa hücum etsəydi, vəziyyət nəzarətdən çıxa bilərdi.  Məsələn, hadisələr belə inkişaf edə bilər: Azərbaycan Qarabağa hücum edir və ilk günlərdən müəyyən uğurlar əldə edir. Erməni  qüvvələri isə belə olan halda məcburən  Azərbaycana ağır zərbələr endirir (Gəncə və ya Mingəçevir su anbarı bombalanır), Azərbaycan isə bundan sonra təkcə Qarabağa deyil, Ermənistana da zərbə endirir. Bu halda Rusiya özünün müttəfiqlik öhdəliklərinin icrasına başlamaq məcburiyyətində qalır....

Müharibənin birdən bu ssenari ilə getməməsi üçün “rejissorlar” bir sıra mühım addımlar atmalıdırlar”.

Qəzet yazır ki, Rusiya son aylarda iki konkret addım atıb: bir tərəfdən Ermənistanın mümkün aqressiyasının qarşısını almaqla ölkənin təhlükəsizliyinə təminat verib, digər tərəfdən Azərbaycanı dağıdıcı hücumlardan təhlükəsiz edib. Bələ olan halda yeni müharibənin nəzarətdən çıxmasından qorxmağa dəyməz, müharibə isə doğrudan lokal xarakter daşıyacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə