Bu gecəyarı Dağıstanda bir-birinin ardınca iki terror hadisəsi baş verib. Modern.az “Ria-novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya vaxtı ilə gecə 01:00-də terrorçu kamikadze Buynaks şəhərindəki 136-cı moto-atıcı diviziyanın düşərgəsinə hücum edib. Nəticədə 3 nəfər həlak olub, 26 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları qeyd edir ki, naməlum şəxs partlayıcı quraşdırılmış avomobili Buynaks hərbi düşərgəsinin qapısına çırpıb, nəticədə güclü partlayış baş verib. Dağıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aleksey Kuznetsovun sözələrinə görə, əsgərlər partlayıcı maşının hərbi düşərgənin ərazisinə daxil olmasının qarısını ala biliblər. Əks halda tələfatların miqyası daha artıq ola bilərdi. Hazırda hadisə yerində Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası işləyir.
İlkin məlumata görə, partlayıcı maddənin gücü 100 kq trotil ekvivalentinə bərabər olub.
Bir qədər sonra hadisə yerinə tələsən Dağıstan DİN əməkdaşlırının avtomobilinin keçdiyi yolda daha bir partlayış baş verib. Partlayış yolun kənarında baş verdiyindən DİN əməkdaşları xəsarət almayıblar.
Xatırlalaq ki, şəhbə günü səhər saatlarında Mahaçqalada Dağıstanın milli siyasət nazirinin olduğu avtomobildə partlayış baş verib. Nazir sağ qalsa da, onun sürücüsü həlak olub.