Modern.az

Kondaliza Rays Saakaşvilini şoka salıb

Kondaliza Rays Saakaşvilini şoka salıb

Təhsil

6 Sentyabr 2010, 18:33

Batumidə öz işinə başlamış iki günlük sipozium qalmaqalla üzləşib. Tədbirə yenicə qatılan ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays heç kimə xəbər vermədən qəfildən Batumini tərk edib. Modern.az xəbər verir ki, Gürcüstan Xarici işlər Nazirliyindən bildiriblər ki, eks-dövlət katibi “Yenidənqurmadan sonrakı dünyaya qlobal sülh çağırışları” adlı beynəlxalq simpozium iştirak etmək üçün gəlib. Tədbirdən sonra Raysın prezident Saakaşvili ilə görüşü nəzərdə tutulubmuş. Lakin Rays tez-tələsik ABŞ-ın Təhlükəsizlik Şurasının keçmiş katibi Uliyam Peri ilə sağollaşıb və Batumini tərk edib. “Kondliza Raysın hərəkəti gürcü rəhbərliyi üçün qəribə və anlaşılmaz qalıb”deyə mənbə bildirib. 

 

Xatırladaq ki, tədbirin başlanmasına bir gün qalmış SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov da orada iştirak etməkdən imtina edib. Bu imtinanın səbəbini izah etməyib. Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə