Modern.az

Prezident tələbələrin də təqaüdünü artırdı

Prezident tələbələrin də təqaüdünü artırdı

Təhsil

6 Sentyabr 2010, 22:44

Prezident İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləğinin artırılması barədə sərəncam imzalayıb. Sərəncamda bildirilib:

- Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantlara – 100 manat

1.2 Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 100 manat

magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 45 manat

bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 40 manat

1.3 Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 30 manat

1.4 İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 30 manat

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü