Modern.az

ATƏT sədri atəşkəs rejiminin pozulmasına münasibət bildirib

ATƏT sədri atəşkəs rejiminin pozulmasına münasibət bildirib

7 Sentyabr 2010, 10:12

Nəhayət, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri – dövlət naziri  Kanat Saudabayev son günlər Azərbaycan  - Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələrə münasibət bildirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki,  ATƏT sədri  münaqişə zonasında yaranmış gərginiklə  bağlı bəyanat verib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

  

“ATƏT-in fəaliyyətdə olan sədri son vaxtlar Dağlıq Qarabağ münaqişəh zonasında qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması hallarını qətiyyətlə pisləyir.  Hər iki tərəfdə insan ölümü faktlarının artması ciddi narahatlıq doğurur. ATƏT sədri qeyd edir ki, atəşkəs rejimini pozan istənilən hadisə Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə xələl gətirir və konstruktiv dialoqun aparılması imkanlarını məhdudlaşdırır”,- deyə Qazaxıstan XİN mətbuat xidmətinin açıqlamasında qeyd edilir.

 

ATƏT-in fəaliyyətdə olan sədri sentyabrın 6-da həmsədrlərin münaqişə tərəflərinə təmkinlik göstərməyə, atəşkəs haqda anlaşmaya əməl etməyə və biri-birini ittiham edən bəyanatlardan çəkinməyə dair çağırışlarını dəstəkləyir.

 

Bəyanatda bildirilir ki, həmsədrlərin payızda ATƏT-in Astanada keçiriləcək sammiti öncəsi Qarabağ münaqişəsinin nizamlanması yolunda kompromisin axtarılıb tapılması tədbirləri üzrə səylərin intensivləşməsi uzunsürən bu  münaqişə tərəflərinin irəliləyişin əldə olunmasına tam maraqlı olacağı təqdirdə nəticə verəcək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu