Modern.az

Statistika Komitəsi: "Kənd təsərrüfatı məhsulları bahalaşıb"

Statistika Komitəsi: "Kənd təsərrüfatı məhsulları bahalaşıb"

7 Sentyabr 2010, 16:32

Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatına görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb.
Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsalçı qiymətləri 12,1 faiz, dənli bitkilərin 8 faiz, kökümeyvəli və köküyumruluların 6,8 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9 faiz, kartofun 1,6 faiz, turuncu meyvələrin 1,7 faiz, subtropik meyvələrin qiymətləri 0,2 faiz bahalaşıb, sitrus meyvələrin 1,7 faiz, zeytun və qoz-fındığın qiymətləri isə 3,0 faiz ucuzlaşıb.
Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsalçı qiymətləri 3,2 faiz, qoyun və keçi südünün 1,9 faiz, mal ətinin (diri çəkidə) 1,2 faiz, mal-qara yunu və tükü 0,3 faiz bahalaşıb, diri qoyunların 0,8 faiz, qoyun ətinin (diri çəkidə) 0,2 faiz, diri iribuynuzlu qaramalın 1,3 faiz, diri quşların 0,4 faiz, quş ətinin (diri çəkidə) qiymətləri 5,1 faiz, yumurtanın qiymətləri isə 8,4 faiz ucuzlaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 0,4 faiz bahalaşma müşahidə olunub.
 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi