Modern.az

Afrika qadınları ağarmaq üçün dəridən-qabıqdan çıxırlar

Afrika qadınları ağarmaq üçün dəridən-qabıqdan çıxırlar

8 Sentyabr 2010, 13:45

Müşahidələr göstərir ki, şimal ölkələrində yaşayan qadınlar qaralmaq, cənub ölkələrində yaşayan qadınlar isə ağarmaq istəyirlər. Amerika və Avropada yaşayan qadınlar qara dəriyə sahib olmaq üçün əllərindən gələni edirlər, Afrika və Asiyada isə qadınlar tam tərsinə ağarmaq istəyirlər.

Məsələn, Afrikanın Seneqal ölkəsində yaşayan qaradərili qadınlar dərilərini müəyyən dərmanlarla, kremlərlə ağartmağa çalışırlar. Xarici mətbuatın məlumatəna görə, Seneqalda dəri ağartmaq qadınların az qala bir azarına çevrilib. Afrika mediası bu ölkədə yaşayan qadınların təxminən 60 faizinin dəri ağardan maddələrdən istifadə etdiyini yazır. Afrikanın bəzi ölkələrində açıq rəng zənginlik simvolu sayılır.  Verilən məlumatlara görə, ticarət şəbəkələrində satılan kosmetika arasında dəri ağardıcı məlhəmlər üstünlük təşkil edir. İş o yerə çatıb ki, Avropa ölkələrində kustar üsulla hazırlanan ağardıcı dərmanlar da qaçaqmal yolu ilə Afrikaya yayılmaqdadır.   Afrikalı dəri həkimləri belə dərmanlardan istifadə etməməyə çağırıblar.

Dəri ağartma Asiya və Ərəb ölkələrinin qadınları arasında da dəbdədir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?