Modern.az

Əvəz Temirxan daha ALP sədrinin əvəzi olmayacaq

Əvəz Temirxan daha ALP sədrinin əvəzi olmayacaq

Təhsil

13 Sentyabr 2010, 10:46

Dünən Azərbaycan Liberal Partiyasının növbəti qurultayı keçirilib. Modern.az-ın məlumatına görə, qurultayda 171 nümayəndə iştirak edib.
ALP Mətbuat Xidmətindən verilən məlumata görə, qurultayda  partiya sədr əvəzinin və MNTK sədrinin hesabatı dinlənilib, Siyasi Şuranın və MNTK tərkibi yenidən seçilib. İndiyədək partiyanın sədr əvəzi olan Əvəz Temirxan səsvermə nəticəsində partiyanın yeni sədri seçilib. Sədr seçkisi zamanı onun alternativi ALP İcraiyyə Komitəsinin rəhbəri Elman Məmmədzadə olub.
Bundan başqa partiyanın Azərbaycan Respublikası Milli Məclisin deputatlığına namizədləri irəli sürülüb və "İnsan Naminə" seçki blokunun namizədləri təsdiq edilib.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə